Sosial şəbəkədə biz:

Azərbaycandan İrana gedənlərin sayı kəskin azalıb

20 June 2023, 16:33
Gündəm

Azərbaycandan İrana gedənlərin sayı 29,1 faiz azalıb.

Bu barədə iyunun 20-də Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.

Belə ki, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı isə 29,1 faiz azalıb.

Ümumən bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə turist axını 20 % artıb.

Statistikaya əsasən, bu ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında 50 % artım var. 

Azərbaycana ən çox turist gələn beş ölkənin siyahısı belədir:

1. Rusiya - 32,4 %  
2. Türkiyə 20,0 %
3. İran 8,1 % 
4. Gürcüstan 5,2 % 
5. Hindistan 4,9 %

Bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Çindən Azərbaycana gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə artıb.