Sosial şəbəkədə biz:

"Bütün filmi ləhcə ilə ərsəyə gətirmək olmaz"

Azinforum.az xəbər verir ki, əməkdar artist Vəfa Zeynalova son vaxtlar çəkilən komediya filmlərini bəyənmir. Aktrisa "Onlar"a açıqlamasında ssenaristləri qınayıb: "Yoruldum bayağı sözlərdən, hərəkətlərdən. Bir neçə filmdə bunu gördüm. Bunlar komediya yox, bayağılıqdır. Ləhcədən istifadə etmək normaldır. Amma yerində. Bütün filmi ləhcə ilə ərsəyə gətirmək olmaz. Bu özü gülünclükdür. Buna baxa, qəbul edə bilmirəm. Ən birinci səhv ssenaristdədir. Sonra isə rejissor və aktyoru qınamalıyıq. Gözəl aktyorlarımız, rejissorlarımız var. Bədbəxtliyimiz odur ki, hərə öz işi ilə məşğul olmur. Hərə öz işini görsə, mükəmməl olar. Çox xırda büdcə ilə onlar bu işləri ərsəyə gətirirlər. Ona görə də müəyyən mənfi cəhətlərə göz yummaq olar. Danışıqlarında belə qüsurlar görürsən. Böyük problemdir. Bunu böyük ekrana gətiririk". Aktrisa son vaxtlar filmlərə çəkilməməyinin səbəblərini də açıqlayıb: "Məni qane edən iş olmadığı üçün filmə çəkilmirəm. İki prinsiplə işləyirəm: ya yaradıcı heyət o qədər gözəl olmalıdır ki, mən göz yummalıyam, çəkilməliyəm. Amma əgər "xaltura" edəcəmsə, adi bir ssenariyə çəkiləcəmsə, bunun qarşılığında yüksək qonorar istəyirəm".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol