Bu gün Azərbaycan silahlı qüvvələrinin 105 yaşı tamam olur
“Azərbaycan silahlı qüvvələri 105-ci il dönümünü qeyd edir. Bu 105-ci il dönümü məhz ulu öndər müasir Azərbaycanın tarixində ordu quruculuğunu formalaşmasının banisi ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bərabər qeyd olunur. Ulu öndərin qayıdışına qədər Azərbaycan ordusu işğalçılarla döyüşür, amma pərakəndə şəkildə fəaliyyət göstərirdi. Bir mərkəzdən idarəçilik olmurdu və o çətin bir dövr idi”.
Bu barədə Bizimyol.info xəbər portalına ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Onun sözlərinə görə, həmin dövrdə mənəvi cəhətdən çətin bir dövr idi. Çünki respublika daxilində gedən kürsü davası, hərcmərcilik, cəbhədə düşmənlə üz-üzə duran əsgərlərimizə mənəvi-pisixoloji cəhətdən çox böyük zərbə endirirdi. Şair Ramaldanov
Polkovnikin fikrincə, ulu öndərin Respublikaya qayıdışı və qayıdandan sonra birinci növbədə Azərbaycan ordusu ilə bağlı tədbirlər görülməsi, mərkəzdən idarə etmə sisteminin yaradılması, xalqa müraciət edilməsi xalqı gücləndirdi. Ulu öndərin gəlişi bizim cəmiyyətdə müəyyən bir şəkildə yenilənmə oldu. Çünki xalq ulu öndəri gözləyirdi və onu xilaskar kimi görürdü. O, müdrik idarəçilik qabiliyətinə malik olan bir lider kimi işğalçı qüvvələrin qarşısını ala bildi.
“O, ali baş komandan kimi nəinki işğalçı qüvvələrin qarşısını aldı, hətta 1994-cü il də yanvarın 5-də əks hücum apararaq, Horadiz əməliyatı kimi uğurlu bir əməliyat keçirdi və 22 yaşayış məntəqəsini işğaldan azad etməyə nail oldu. O zamanlar qəsəbə olan Horadiz artıq şəhər statusunu daşıyır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi məhz o döyüşlər nəticəsində azad edilmişdi. Bu və digər istiqamətlərdə itkilərə məruz qalan düşmən Bişkek razılaşmasına qol çəkməyə məcbur edildi. Bişkek razılaşmasına qol çəkəndən sonra artıq Azərbaycan ordusu atəşkəs dövründə inkişaf etməkdə davam edirdi. Ulu öndər, ali baş komandan olaraq, qısa bir zamanda ordunun formalaşmasına və inkişafına nail olmuş, Azərbaycan ordusunu Cənubi Qafqazda ən güclü ordular sırasına çıxara bilmişdi”-deyə polkovnik qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev ali baş komandan kimi ordunun formalaşmasında böyük rol oynamış, orduda islahatlar aparmış və ordunu inkişaf etdirərək, özündən sonra “şah əsəri” baş komandan da yetişdirmişdi. Onun yolunun davamçısı olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ali baş komandanı, prezident Cənab İlham Əliyev Azərbaycan ordusunu müasir prinsiplərlə inkişaf etdirərək, Azərbaycan ordusunu ən müasir silah-sursatla silahlandıraraq, Azərbaycanın ordusunun inkişafına və gücünün yüksəlməsinə, peşəkarlığın artmasına nail olmuşdu. Belə ki, qısa bir zamanda ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 50 ən güclü ordular sırasında özünə məxsus yer tutmuş və öz gücünü, bacarağını təkcə təmas xəttində deyil, beynəlxalq hərbi təlimlərdə və tədbirlərdə Azərbaycan ordusu öz professionallığını göstərə bilmişdi.
“Rusiyanın hərbi oyunları Rusiyada keçirilən hərbi oyunlarda bizim tankçılarımız hər zaman yarışlarda finala çıxaraq həmişə yer tutmağa nail olmuşdur. Bizim qürur yerimiz olan Xüsusi təyinatlı qüvvələrimiz Vətən müharibəsinə 1 il qalmış Türkiyədə keçirilən tədbirlərdə 28 ölkə arasında 1-cilik qazanıb qayıtmışdılar. Aprel hadisələrindən sonra Azərbaycan ordusuna yüksək qiymət verərək, ali baş komandan İlham Əliyev demişdi ki, “Azərbaycan ordusu qısaca bir zamanda bu işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir”- deyə hərbi ekspert bildirib.
Şair Ramaldanovun fikrincə, Azərbaycan prezidenti müdrik siyasətçi kimi diplomatiya meydanında, döyüş meydanında bütün riskləri minumuma endirərək, Türkiyə kimi qardaş ölkənin mənəvi dəstəyini alaraq, Pakistan kimi dostumuzun mənəvi dəstəyini alaraq, Azərbaycanı döyüşlər zamanı böyük risklərdən sığortalaya bilmişdi. NATO-nun ən güclü ölkələrindən biri Türkiyə və nüvə silahına sahib Pakistan İslam Respublikası hər an Azərbaycanın yanında olacaqları haqqında bütün dünyaya bəyan etmişdilər. Bu da öz növbəsində Azərbaycana ola biləcək təzyiqləri müəyyən bir şəkildə azaltmışdı.
“Ali Baş Komandanın aprel hadisələrində dediyi kimi Azərbaycan ordusu 44 gün ərzində işğalçı qüvvələri darmadağın etmiş ərazi bütövlüyü bərpa etməyi qadir olmuşdu. Azərbaycan ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində düşmən Ağdam, Laçın və Kəlbəcər rayonlarından öz qüvvələrini Azərbaycanın tələbi ilə Azərbaycan ərazisindən çıxarmağı məcbur olmuşdu. Müharibədən sonra Azərbaycan silahlı qüvvələrinin baş komandanı Azərbaycan Respublikasının prezidenti vətən müharibəsində qələbə çalan ordunun bütün təminatını göz önünə alaraq, qısa bir zamanda Azərbaycanın ordusunun müasir silahlarla silahlandıraraq, Azərbaycan ordusunu müharibəyə qədər olan gücünə gətirib çıxarmışdı. İndi isə, Azərbaycan ordusu müharibədən çıxmış və müharibə təcrübəsi olan bir ordu kimi öz inkişafını davam etdirir”-deyə polkovnik qeyd edib.
Ramaldanovun sözlərinə görə, Azərbaycan dövlətinin Türkiyə qardaş ölkə ilə dostluq əlaqələri də ulu öndər tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” prinsipinə uyğun inkişaf edərək, “Şuşa bəyannaməsi” qəbul edilmişdi. Bu bəyannamə ilə, Azərbaycan və Türkiyə strateji müttəfiq olmuşlar.
“Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir. Azərbaycan kədəri bizim kədərimizdir”, ulu öndərin “bir dövlət iki millət” prinsipi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycanın prezidenti cənab İlham Əliyevin “dəmir yumruğu, bu qardaşlıq yumruğu” kimi ifadəsi orduda qardaş Türkiyənin ordusu ilə, münasibətlərin inkişafını sürətləndirərək, genişləndirməyə nail olmuşdur. Azərbaycan Respublikasının prezidenti ordu qarşısında Türkiyə modelini seçərək, Türkiyə modelinə uyğun inkişafı haqqında tapşırıq qoymuş və orduda böyük isalahatlar apararaq, Türkiyə modelinə keçməsi təmin edilmişdir. Demək olar ki, o prosesin yekun hissəsindəyik. Azərbaycan Türkiyə orduların arasında bu il daxilində 16 birgə təlim planlaşdırılmışdı. Onlardan da 7-si artıq həyata keçirilib.
Azərbaycan-Türkiyə birliyi və Azərbaycan ordusunun inkişafı birinci növbədə Azərbaycan dövlətinin, Azərbaycan torpaqlarının qorunmasına yönəlib və Azərbaycan ordusunun inkişafı heç bir qonşu dövlətin işğalına yönəlməyib. Bu regionda sülhü bərqərar etmək, sülhü qorumaq üçün inkişaf etdirilən bir ordudur”-deyən polkovnik bildirib ki, bu gün Azərbaycan ordusunda böyük proseslər gedir. Azərbaycan ordusu müasirləşir və müasir silahlarla silahlanmağa davam edir. Bu gün artıq Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında böyük müqavilələr var.
“Ordunun növbəti il dönümüdür və fürsətdən istifadə edib, bütün xalqı, dövlətimizi və orduda xidmət edən hərbçilərimizi, veteranlarımızı, qazilərimizi və şəhid ailələrini Azərbaycan ordusunun 105 illiyi münasibətilə təbrik edirəm. Yaşasın, Azərbaycan ordusu! Yaşasın, Azərbaycan silahlı qüvvələrinin müzəffər ali baş komandanı Azərbaycan Respublika prezidenti Cənab İlham Əliyev!”-deyə polkovnik fikrini yekunlaşdırıb.