Vaşinqtonda sülh danışıqlar 3 gün davam edəcək
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqlar 3 gün davam edəcək.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Onun sözlərinə görə, danışıqlar iyunun 29-dək davam edəcək.