Sosial şəbəkədə biz:

TAP ilə nəql olunan Azərbaycan qazının həcmi açıqlandı

28 June 2023, 11:11
Gündəm

Trans-Adriatik Boru Kəməri (TAP) fəaliyyətə başlayandan (2020-ci ilin sonu) bugünədək Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qazı nəql edib.

Bu barədə TAP korsorsiumun məlumat yayıb.

“Etibarlı enerji daşıyıcısı olan TAP Avropanın enerji təhlükəsizliyini daha da artırmaq üçün mərhələli şəkildə genişlənə bilər”, - deyə korsorsiumdan məlumat verilib.

Qeyd edək ki, TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.