Sosial şəbəkədə biz:

Türkiyənin baş naziri Bakıda Şeyxlə namaz qıldı

03 June 2016, 15:02
Gündəm
Bakıda səfərdə olan Türkiyənin baş naziri Binali Yıldırım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüb. Binali Yıldırım və şeyxülislam “Göy Məscid”də cümə namazı qılıblar. Namazdan sonra baş nazir və QMİ rəhbəri birlik, bərabərlik mesajı veriblər. Onlar Ramazan bayramı münasibəti ilə təbriklərini çatdırıblar.