Sosial şəbəkədə biz:

Kiçik partiyalar üçün kritik həftə

04 July 2023, 08:49
Gündəm

Yaxın günlərdə siyasi partiyaların yenidən qeydiyyat məsələsinə baxılacaq. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, partiyalar "Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq sənədlərini 4-5 iyula qədər Ədliyyə Nazirliyinə təqdim edəcəklər. Bu barədə partiyalara xəbərdarlıq edildiyi bildirilir. 

Xatırladaq ki, partiyaların yeni qanuna uyğunlaşması üçün onlara 10 iyula kimi vaxt verilmişdi.