Sosial şəbəkədə biz:

Bakı-Tiflis-Qarsa mane olan son sədd də keçildi

“Artıq Gürcüstan -Türkiyə sərhəddində uzunluğu 4,5 km olan tunelin açılış mərasimi baş tutub”. ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, bu tunel yeganə sədd idi ki, sərhəddə Bakı-Tiflis-Qars dəmir yolu xəttinə maneə törədirdi. Nazir müavini qeyd edib ki, hazırda həmin ərazidə dəmir yollarının qurulması istiqamətində işlər davam etdirilir. O əlavə edib ki, bu ilin sonuna kimi BTQ layihəsi tam yekunlaşacaq: “Azərbaycan tranzit nəqliyyat üçün əlverişli coğrafiyaya malikdir. Ölkəmizdə həyata keçirilən layihələr təkcə Azərbaycan deyil, beynəlxalq miqyasda öz töhfələrini verir. Hazırda yekunlaşmaqda olan nəqliyyat layihələrindən biri Bakı-Tiflis-Qars dəmir yolu xəttidir. Ötən ilin sonunda ilk istismar qatarı buraxlıb. Bu il isə layihənin tam yekunlaşdırılması nəzərdə tutulub”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol