Sosial şəbəkədə biz:

Binali Yıldırım: "Bakı-Tbilisi-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək".

03 June 2016, 21:58
Gündəm
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir". Azinforum.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binali Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib. Baş nazir bildirib: "Bakı-Tbilisi-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək". Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası razılaşması əsasında inşa edilir.