Sosial şəbəkədə biz:

Bakıda temperatur 40 dərəcəyə çatıb

09 July 2023, 12:18
Gündəm

Bakıda temperatur 40 dərəcəyə çatıb.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 40, Naxçıvanda və Aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyə çatıb.
G.Məmmədova deyib ki, günəşli hava şəraiti bu gün də davam edəcək.