Sosial şəbəkədə biz:

Bu aparıcılar yenidən ANS-ə qaytarılır - ADLAR

04 June 2016, 14:30
Gündəm
Köhnə ANS-çilər yenidən televiyaya qaytarılır. AzNews.az-ın əldə etdiyi məlumata görə, ANS şirkətlər qrupu vaxtilə televiziyada işləmiş, lakin sonradan yolları ayrılmış əməkdaşlarını yenidən TV-yə dəvət edir. Artıq bir neçə keçmiş işçi - Hüseyn Azəri, Zənurə Talıbova işə başlayıb. Daha bir neçə keçmiş ANS-çinin, həmçinin Amil Hacıyevin teleşirkətdə işə başlamalarıyla bağlı danışıqlar aparılır. Xatırladaq ki, bir neçə gün əvvəl Fidan Quliyeva yenidən ANS-də çalışmağa başlayıb. O, şirkətin baş redaktoru vəzifəsinə təyin edilib.