Sosial şəbəkədə biz:

Bakıda maşını düzgün park etməyən sürücüyə QEYRİ-ADİ CƏZA - FOTO

16 July 2023, 11:17
Gündəm

Bakıda avtomobilini düzgün yerdə saxlamayan sürücü qeyri-adi şəkildə cəzalanıb.

Lent.az bildirir ki, bu dəfə düzgün park etməyən sürücünün cəzasını sakinlər veriblər. Hadisə Yeni Yasamalda qeydə alınıb.

Avtomobilini zibil konteynerlərinin qarşısında saxlayan şəxs sakinlərin tullantıları atmasına mane olub. Nəticədə orada yaşayanlar zibillərini elə avtomobilin üzərinə atıblar.