Sosial şəbəkədə biz:

Eldar Mahmudov general Patruşevlə terrorla mübarizəni müzakirə edib

12 May 2015, 14:06
Gündəm
Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azinforum.az saytı Rusiya Federasiyası TŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər terrorla və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Generallar bu il iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində kütləvi tədbirlər zamanı təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.