Sosial şəbəkədə biz:

Vüsal Kərimlidən BNA-da keçirilən əməliyyatla bağlı AÇIQLAMA

26 July 2023, 11:41
Gündəm

Xəbər verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib.

Baş verənlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli açıqlamasında qurumda əməliyyat keçirildiyini təsdiqləyib:

“Mən hazırda məzuniyyətdəyəm. Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyatı qurum məlumat verəcək.  Xeyr, mənimlə bağlı hələki problem yoxdur,  dəvət olunmamışam”.

Manşet.az