Sosial şəbəkədə biz:

Surət Hüseynov VƏFAT ETDİ

31 July 2023, 20:40
Gündəm

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Bu barədə APA-ya yaxınları bildirib.

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynovun ölüm xəbəri yayılıb. Onun İstanbuldan Moldovaya gedərkən ürəyindəki problemlə bağlı vəziyyəti pisləşib. O, 1959-cu ildə Gəncə şəhərində anandan olub.