Bakıda "SS Hall"da təmir işləri aparan usta hündürlükdən yıxıldı
Bakıda usta hündürlükdən yıxılıb.
Hadisə Nərimanov rayon ərazisində yerləşən "SS Hall" restoranında qeydə alınıb.
Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.
Nəticədə o, ağır kəllə-beyin tramvası alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır./APA