Sosial şəbəkədə biz:

Əli İnsanovun vəkili təkzib etdi: “Heç bir cinayət işi açılmayıb”

07 June 2016, 16:26
Gündəm
Əli İnsanovun vəkili Toğrul Babayev Sabiq səhiyyə nazirinə qarşı cinayət işinin açılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. AzNews.az-a açıqlama verən vəkil bildirib ki, Ə.İnsanova qarşı ittiham irəli sürülməsiylə bağlı xəbərlər həqiqəti əks etdirmir: “Hazırda 13 saylı cəzaçəkmə müəssisəsinin qaşısındayam. Əli müəllimlə bu dəqiqə görüşüb çıxamışam. Heç bir cinayət işindən, yeni ittihamdan söhbət gedə bilməz”.