Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağı - FOTO
Türkiyə-Ermənistan futbol qarşılaşmasında stadionda Azərbaycan bayrağı qaldırılıb.
Sosial mediada Əskişəhər stadionundan foto yayılıb.
Qeyd edək ki, FİFA-nın qərarına görə stadiona üçüncü ölkə bayrağı buraxılmamalıdır.
