Sosial şəbəkədə biz:

Köçəryan hakimiyyətə qayıdır – Məmurlar onun əlini sıxmaq üçün növbəyə düzülüb

Ermənistan mətbuatı Şuşanın işğalının 23-cü ildönümündə iştirak edən sabiq Ermənistan prezidenti Robert Köçəryanla hakimiyyətdə olan digər məmurların münasibətindən yazıb. Modern.az “Qrapark” qəzetinə istinadən xəbər verir ki, məmurlar Köçəryanın əlini sıxmaq üçün növbəyə düzülüblər. “Dağlıq Qarabağa gələn Robert Köçəryan tədbir vaxtı daha çox separatçıların keçmiş lideri Arkadi Qukasyanla görüşüb. Mətbuat orqanlarından biri onların gecə vaxtı şəhərdə gəzmələrini də görüntüləyib. Ola bilsin ki, onlar hakimiyyətə qayıtmaq planları barədə danışıblar. “Ermənistan” mehmanxanasında qalan Köçəryan Qarabağda yerli hərbi komandirlər, daşnaklar və biznesmenlərlə də görüşüb. Onun ən az vaxt ayırdığı şəxs isə separatçıların hazırkı lideri Bako Sakaayn olub”. Ermənistandan tədbirlərə qatılan baş nazir Ovik Abramyan və Robert Köçəryan arasındakı soyuqluq da hər kəs tərəfindən hiss olunurdu. Lakin digər nazirlər – keçmiş kənd təsərrüfatı naziri David Lokyan, Mərkəzi Bankın rəhbəri Artur Cavadyan, keçmiş Ararat qubernatoru Edik Barseqyan və prezident aparatının rəhbəri David Arutunyan keçmiş prezidentlə görüşmək üçün növbəyə düzülüblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol