Sosial şəbəkədə biz:

Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

08 June 2016, 13:25
Gündəm
ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmayacaq. Azvision.az-ın məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Fridman bildirib. “Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, - deyə Fridman qeyd edib. Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq. Qeyd edək ki, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimində ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi bildirilirdi.