Sosial şəbəkədə biz:

Bu il Azərbaycanda 96 yaşayış məntəqəsinə qaz verilib

09 June 2016, 11:47
Gündəm
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 6 340 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. "Report" xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb.