Sosial şəbəkədə biz:

Ermənistanda 50 mindən çox şəxs narkotik satan teleqram kanallarına abunədir

10 October 2023, 00:28
Gündəm

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan teleqram kanallarına 50 mindən çox Ermənistan vətəndaş abunə olub.

Bunu Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan bildirib.

Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 029 cinayət işi araşdırılıb, 1 063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən vəsaitin ümumi həcmi 3 milyard dramı (7,5 milyon ABŞ dolları - Qeyd) ötüb.

Araşdırmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.

Hesabat dövründə müstəntiqlər tərəfindən qadağan olunmuş maddələrin istehsal olunduğu laboratoriya avadanlığı olan 6 məntəqə aşkar edilib.