Sosial şəbəkədə biz:

MTN generalının məhkəməsinə jurnalistlər buraxılmadı

22 September 2017, 11:37
Gündəm
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Bununla bağlı hər hansı səbəb göstərilməyib. Hazırda iclas davam edir.