Sosial şəbəkədə biz:

Prezident Administrasiyasından Arif Hacılı ilə Əli Kərimliyə də dəvət gəldi

15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat Partiyası da dəvət alıb. Musavat.com xəbər verir ki, partiyanın başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib. Partiyadan sayta verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək. Məlumat üçün qeyd edək ki, dünən azadliq.info AXCP sədri Əli Kərimlinin də analoji təklif aldığını yazmışdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol