Sosial şəbəkədə biz:

"Aqrolizinq" nizamnamə kapitalını artırır

10 June 2016, 11:14
Gündəm
"Aqrolizinq" ASC-nin səhmdarlarının iyunun 14-də ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətin rəsmi qəzetdəki elanına istinadən xəbər verir. Yığıncağın gündəliyinə "Aqrolizinq"in nizamnamə kapitalının artırılması məsələsi daxildir. Ümumi yığıncaq Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi,40 (Hökumət Evi, VII mərtəbə) ünvanında keçiriləcək. Qeyd edək ki, "Aqrolizinq" ASC səhmdarlarının iyunun 6-na təyin olunmuş iclası təxirə salınmışdır. "Report"