Sosial şəbəkədə biz:

"Araz" “Heydər zirvəsi”nə qalxdı

13 May 2015, 15:09
Gündəm
Azinforum.az xəbər verir ki, "Araz" supermarketlər şəbəkəsinin əmakdaşları “Heydər zirvəsi”nə növbəti yürüyüşdə iştirak ediblər. Mərhum prezident  Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Böyük Qafqazın "Başdağ" silsiləsinin "Qızıl Qaya" massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüyüş keçirilib. Bu əlamətdar hadisədə  300 nəfərə yaxın könüllü, o cümlədən "Araz" supermarketlər şəbəkəsinin əmakdaşları da iştirak edib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 9 may günü başlayan yürüyüş çətinliklərə baxmayaraq 10 may günü uğurla yekunlaşıb. Bundan sonra da,  "Araz"  supermarketlər şəbəkəsinin könülləri bu tipli kütləvi tədbirlədə iştirak edəcəyini bəyan edir. ar4 ar2 ar3