Sosial şəbəkədə biz:

Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze Naxçıvandadır - ÖZƏL

11 June 2016, 10:38
Gündəm
Azinforum.az Naxçıvan Muxtar Respublikasındakı mənbələrə istinadən xəbər verir ki, Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadzenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir.Qonaqların Naxçıvanın gəzməli yerləri, istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanış olacağı, bir sıra rəsmi görüşlər keçirəcəkləri gözlənilir. Azinforum.az bildirir ki, bu iki Muxtar Respublika arasında normal dostluq münasibətləri mövcuddur.  Xatırladaq ki, 2014-cü ilin iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə səfəri reallaşmışdı. AZİNFORUM.AZ