Sosial şəbəkədə biz:

Məktəbli qızlara əxlaqsız hərəkətlər etdiyi deyilən müəllim: "Səkkizinci sinif şagirdiylə olmuşdu"

11 June 2016, 12:43
Gündəm
Adı şagirdlərə qarşı əxlaqsız hərəkətlər etməkdə hallandırılan Qubadlı rayonu Xanlıq kəndi Kərəm Mirzəyev adına 1 saylı tam orta məktəbin direktor müavini Akif Səmədov  danışıb.
Direktor müavini bildirib ki, haqqında yazılanlar həqiqəti əks etdirmir:
"Yazılır ki, guya mən xəstəxanaya düşmüşəm. Belə bir şey olmayıb. O məsələ səkkizinci sinif şagirdiylə baş verib. Qiyməti aşağı olduğundan acıqlandım, sonra da valideyni Ruslan Vəliyevə məlumat verdim. O isə gəlib məktəbdə səs-küy saldı. Sonradan işi Binəqədi rayonu 6-cı polis bölməsi araşdırdı, valideyn əsəbləşdiyini deyərək, üzrxahlıq etdi. Mən də işimin başındayam".
Xatırladaq ki, mətbuatda gedən xəbərlərdə Akif Səmədovun sözügedən məktəbdə yuxarı siniflərin qızlarına qarşı əxlaqsız hərəkətlər etdiyi qeyd edilirdi.(Ölkə.Az)