Sosial şəbəkədə biz:

Donald Tramp yenə müsəlmanlara qadağa qoyulmasına çağırdı

13 June 2016, 10:31
Gündəm
ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd, əmlak milyarderi Donald Tramp ABŞ hakimiyyətini müsəlmanlara qarşı daha sərt davranmağa çağırıb. Musavat.com xəbər verir ki, Tramp bu çağırışını sosial şəbəkədə belə ifadə edib: “Orlandoda baş verənlər sadəcə bir başlanğıcdır. Bizim rəhbərlik isə zəif və səmərəsizdir. Mən əvvəllər də (müsəlmanlara-red.) qadağan qoyulmasına çağırdım və tələb etdim. Biz sərt olmalıyıq”. Xatırladaq ki, Donald Tramp müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi fikrini dəfələrlə səsləndirib. Onun Demokrat partiyasından rəqibi Hillari Klinton onu irqçilikdə, insanlar arasında milli, etnik, dini ayrı-seçkilik salmaqda günahlandırıb.