Sosial şəbəkədə biz:

Nazir Nardarandakı polis bölməsinin rəisi əvəzinə yeni vəzifə verdi

13 June 2016, 17:37
Gündəm
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə yeni yaradılmış Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinin rəis əvəzi, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilib. Sabunçu polisindən APA-ya verilən məlumata görə, Azər Cahangirov Abşeron Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəsi müavini vəzifəsinə təyin edilib. Hazırda 42-ci Polis Bölməsinin rəisi vəzifəsini rəis müavini Tərxan Əhmədov icra edir.