Sosial şəbəkədə biz:

Azərbaycana fəsillərin gəlmə vaxtı açıqlandı

13 June 2016, 21:36
Gündəm
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb. AMEA-dan AzNews.az-a verilən məlumata görə, martın 20-də Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq. Qeyd edək ki, rəsədxana payızın gəlişinin sentyabrın 22-si saat 18:21-də, qışın gəlişinin isə dekabrın 21-i saat 14:44-də baş verəcəyini müəyyənləşdirib.