Zakir Həsənov Moskvaya gedib
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Moskvaya gedib.
Nazirlikdən verilən məlumata görə, nazir Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının icasında iştirak edəcək.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası iyunun 15-də keçiriləcək. İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.