Sosial şəbəkədə biz:

FED dünyanın gözlədiyi qərarı açıqladı

15 June 2016, 22:31
Gündəm
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) dünyanın səbrsizliklə gözlədiyi qərarı açıqlayıb. İki gün davam edən iclasın yekununda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb. Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırmışdı. FED-in dolların uçot dərəcəsi ilə bağlı hansı qərarı verəcəyi dünya ölkələri üçün çox əhəmiyyətlidir. FED uçot dərəcəsini artırsaydı, bu dünyada dollar indeksini yüksəldə, dolların digər valyutalara nisbətən bahalaşması səbəb ola bilərdi.