Sosial şəbəkədə biz:

Bakı qarnizonu paytaxtda təhlükəsizliyə cəlb edildi - Ramil Usubov açıqladı (VİDEO)

16 June 2016, 09:33
Gündəm
Bu gündən Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib. Onun sözlərinə görə,  məqsəd Bakıda keçiriləcək "Formula 1" yarışlarında təhlükəsizliyin təmin edilməsidir: "Yarışın özündə təhlükəsizliyin təmin edilməsi üçün 3 minə yaxın daxili işlər əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib".