Şagirdin zorlanması haqda baş prokurora müraciət edildi - Ombudsman araşdırma istədi
Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub. Bu barədə ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib. Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: "Hazırda araşdırmaların nəticəsini gözləyirik”. Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.
qafqazinfo