Sosial şəbəkədə biz:

Azərbaycanlı tələbə Londonda keçirilən beynəlxalq elm müsabiqəsində ilk onluqdadır

30 January 2024, 09:00
Gündəm

İsmayıllı rayonunda təhsil alan Emil Elnur oğlu Ağamirzəyev İngiltərənin paytaxtı London şəhərində keçirilən "Dünya ölkələrinin tarixi (History of world countries) adlı beynəlxalq elm müsabiqəsində ilk onluqda - VIII yerdə qərarlaşıb.

Qaynarinfo xəbər verir ki, 52 ölkədən gəlmiş 2345 şagird arasından fərqlənən həmyerlimiz Türkiyə, Qazaxıstan, Serbiya və İtaliyada keçirilən beynəlxalq müsabiqələrdə də uğur qazanıb.

O, 1-10 sentybar tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən beynəxalq konfransda iştirak edib.

Həmçinin yerli olimpiadalarda da uğur qazanıb.