Sosial şəbəkədə biz:

Sülhəddin Əkbərin partiyası Avropa Məhkəməsinə şikayət etdi

17 June 2016, 10:07
Gündəm
Azad Demokratlar Partiyası Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Bu barədə Musavat.com-a partiyanın sədri Sülhəddin Əkbər məlumat verib. Partiya sədrinin sözlərinə görə, AzDP-nin AİHM-ə müraciətinin səbəbi qeydiyyat məsələsi ilə bağlıdır. S.Əkbər bildirib ki, partiya 2014-cü ilin iyul ayında yaradılsa da, bu günədək dövlət qeydiyyatına alınmayıb. Qeydiyyata əngəl yaradılmasıyla bağlı şikayət edən partiya ölkədə bütün məhkəmə instansiyalarını keçdikdən sonra AİHM-ə müraciət etməli olub. Partiya sədri bildirib ki, artıq şikayət öz ünvanına çatıb.