Sosial şəbəkədə biz:

Bayraq Meydanının sabiq rəisi həbs edildi - Məhkəmə hökm verdi

Səbayel Rayon Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, R. Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır. E. Behbudov R. Məmmədovun dövlət tərəfindən vəkillə təmin olunduğunu və hazırda istintaq aparıldığını deyib. Qeyd edək ki, R. Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol