Bakı-Sumqayıt qatarında qəza: Sərnişinlər təxliyə edildi
Bakı-Sumqayıt qatarında qəza baş verib.
Bu barədə sərnişinlər sosial şəbəkədə bildiriblər.
Qeyd ediblər ki, elektrik təchizatı kəsildiyindən sürət qatarı Pirşağı stansiyasının yaxınlığında dayanmaq məcburiyyətində qalıb.
Xilasedicilər sərnişinləri vaqonlardan təxliyə edib. Xəsarət alanların olmadığı bildirilib.
