Sosial şəbəkədə biz:

Mursiyə ömürlük həbs cəzası verildi

18 June 2016, 17:01
Gündəm

Misirin Cinayət Məhkəməsi ölkənin devrilən prezidenti Məhəmməd Mursinin ömürlük azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir. Məlumata əsasən Mursi Qətərin xeyrinə casusluqda ittiham olunub. Xatırladaq ki, Məhəmməd Məhəmməd Mursi 2012-ci ilin iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib.