“Nihat Quli” ilə bağlı 30 “oğru”nun “praqon” vermək cəhdinə “Şakro Malodoy” və “Mamuka” mane olub
Kriminal aləmdə yeni müharibənin əsası qoyulub. Azinforum.az-ın əldə etdiyi məlumata görə, budəfəki qalmaqalın episentrində hazırda Rusiyanın Surqut şəhərində cəza çəkən əslən azərbaycanlı kriminal avtoritet “Nihat Quli” ləqəbi ilə tanınan Nihat Maisbəylinin adı çəkilir. Bu avtoritet Türkiyədə qətlə yetirilən “Quli” ləqəbli Nadir Səlifovun yaxın adamlarından olub. Onun adı bu yaxınlarda rəqib kriminal klanın üzvlərindən olan Cavid Astaralının Tümen şəhərində gülələnməsinin sifarişçi qismində hallanır.

Azinforum.az-ın kriminal dairələrdən əldə etdiyi məlumata görə bir neçə gün əvvəl, 30-a yaxın qanuni “oğru”nun keçirdiyi virtual “sxodka”da “Nihat Quli” ilə bağlı “praqon” vermək qərarına gəlinib. Azərbaycanlı qanuni “oğru” “Rufo Gəncinski”nin də iştirakçısı olduğu həmin “sxodka”nın əsas təşəbbüskarı hazırda Avropada yaşayan “Laşa” ləqəbli “oğru” olub. Ancaq Altayda olan “Mamuka” ləqəbli “oğru” bu “proqonun” yayılmasına qarşı çıxıb və deyib ki, “Nihad Quli” bizim yaxınımızdır: “Şəxsən “Şakro Molodoy” deyib ki, Nihatla bağlı heç bir problem yoxdur. O, bizim qardaşımızdır. Nihat çıxandan sonra “Raçik Nijnevartovski” və “Rufo Gəncinski” ilə olan söhbətini həll edəcək”. Bu danışıqdan belə qərara gəlinir ki, Nihatla “Şakro Maladoy”un sıx münasibəti var. Əldə etdiyimiz məlumata görə, bu söhbətdən sonra rəqib klanın nümayəndələrinin sifarişi ilə hazırda cəzaçəkmə müəsissəsində olan Nihata qarşı suiqəsd cəhdi olub. Amma bu planları uğursuz alınıb, hətta bu məqsədlə təlimatlandırılan adamlar Surqut həbsxanasında cəzalandırılıblar.
Azinforum.az