Sosial şəbəkədə biz:

FHN-də yeni təyinat-Adil Abdullayev nazir müavini oldu

24 February 2024, 23:27
Gündəm

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yeni təyinat reallaşıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifə boş idi.

Azinforum.az