Sosial şəbəkədə biz:

Əməkdar artistlə müğənni qohumu arasında qalmaqal (VİDEO)

25 February 2024, 00:26
Gündəm

Əməkdar artist Gövhər Rzayevamüğənni xalası qızı Gülnarə Mahmudova ilə qalmaqal yaşayıb.

Qaynarinfo xəbər verir ki, qarmon ifaçısı bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, xalası qızı ilə danışmır və böyük qalmaqal yaşayıb. Onun adını eşidən ifaçı sərt reaksiya verib:

"Başqa söhbət edin, lazım deyil. Onun adını çəkməyin. Layiq deyil o buna. Onunla qurtardım, məndən uzaq gəzsin. İnsanın sifətini bir dəfə gördün bəsdir. Elə adamlardan uzaq gəzirəm. Söz-öshbət xoşlamıram. Adamı arxadan vurmazlar. Sözün var, gəl üzə denən. Adama həmişə yaxınından ziyan dəyər. Kimə çörək verərsən, səni arxadan vurar".

https://www.youtube.com/watch?v=jS8RQUVu44w