Sosial şəbəkədə biz:

İplə boğublar - Qətlə yetirilən həkimin qonşuları danışdı - VİDEO

02 March 2024, 00:35
Gündəm

Xəbər verdiyimiz kimi, Salyanda sabiq baş həkim və həyat yoldaşı yaşadığı evində qətlə yetrilib..

Dəhşətli qətl hadisəsi rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, martın 1-də səhər saat 10:30 radələrində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Qeyd edək ki, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov 3 il əvvəl təqaüdə çıxıb və onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olub. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər - arvad övladlarından ayrı kənddə yaşayırlar.

İlkin məlumata görə, onlar iplə boğularaq öldürülüb. Hadisənin tamah məqsədi ilə törədiıdiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

https://www.youtube.com/embed/XRQT6-7mrOE