Sosial şəbəkədə biz:

Agentlik sədrinə aid olduğu deyilən səs yazısı: “Yoxlasalar, azı yarım milyon taparlar”

04 March 2024, 17:05
Gündəm

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyevaya aid olduğu iddia edilən səs yazısı yayılıb.
Yeniavaz.com xəbər verir ki, səs yazısını “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı yayıb.
“Nə qədər nəzarət eləsən də, çox qəliz, çox çətin məsələdir. Bu gün gəlib bizi yoxlasalar, ən azı yarım milyon taparlar. Nə qədər yoxlayırsan, yoxla QHT ömür boyu oradan pul qırıb. Yəni mümkün deyil, onunla yaşayır”, - A. Əliyeva olduğu iddia edilən səsin sahibi bildirir.