Polis Toplum TV-nin ofisində axtarış aparıb
Toplum TV-nin ofisində axtarış aparıldığı bildirilir.
Bu barədə jurnalist Gülzar Məmmədli məlumat yayıb.
“Toplum TV-nin ofisində axtarış başlayıb. Əməkdaşlar polis maşınına doldurulur. Polis ərazidən uzaqlaşdırdı”, - o bildirib.
Məlumatı DİN-in mətbuat xidmətindən də təsdiqləyiblər.
“Paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.