Sosial şəbəkədə biz:

Banklara olan borc bir ayda yarım milyona yaxın artıb

09 March 2024, 01:34
Gündəm

Ölkə üzrə bankların verdiyi ümumi kreditlərin həcmi artıb.

Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub.

Məlumata görə, ölkə üzrə kreditlərin ümumi həcmi 23 milyard 566 milyon 400 min manatdır.

Qeyd edək ki, məlumat 1 fevrala qədərki dövrü əhatə edir.

Ötən ay isə kreditlərin ümumi həcmi 23 milyard 183 milyon manat olub. Bu isə kreditlərin bir ayda 383 milyon 400 min manat artması deməkdir.