Sosial şəbəkədə biz:

Rusiyanın ən iri süd məhsulları istehsalçısı Azərbaycan bazarına çıxır

20 June 2016, 11:15
Gündəm
Rusiyanın iri süd istehsalçısı "Molvest Holding" öz məhsullarını Azərbaycan bazarına çıxarmağa hazırlaşır. Azinforum.az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi Arkadiy Ponamaryov deyib. Onun sözlərinə görə, hazırda xarici bazarların mövcud potensialı qiymətləndirilir: "Potensial xarici bazarlar Asiya və Çindir. Bundan başqa, bu bazara MDB ölkələri və qonşu Azərbaycan bazarı, o cümlədən İran və Hindistan da daxildir. Adıçəkilən bazarlarda süd məhsulları çatışmazlığı mövcuddur".