Sosial şəbəkədə biz:

Qardaşlara məxsus "KENAN SHIN" şirkətinin yarım milyondan çox vergi var

14 March 2024, 00:14
Gündəm

İki qardaşa məxsus şirkətin yarım milyondan çox vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, "KENAN SHIN" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 625.569,29 manat vergi borcu var. 

Şirkət İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib. 

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq. 

Şirkətin qanuni təmsilçisi Dadaşov Azər Mətləb oğlu olsa da, direktoru onun qardaşı Dadaşov Hamlet Mətləb oğludur.