Sosial şəbəkədə biz:

Azərbaycanlı arvadını və qaynanasını öldürdü

20 June 2016, 15:14
Gündəm
Rusiyanın Tolyatti şəhərində azərbaycanlı iki nəfəri öldürüb və bir nəfəri yaralayıb. Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib. Belə ki, 1982-ci il təvəllüdlü azərbaycanlı Nuran Musayev keçmiş həyat yoldaşı və onun 1965-ci il təvəllüdlü anasını qətlə yetirib. Daha sonra isə keçmiş qaynatasını bıçaqla ölümcül yaralayıb. Tolyatti şəhər polisinin rəis müavini Yevgeni Lbov bildirib ki, hazırda Nuran Musayevin tutulması istiqamətində əməliyyat tədbirləri görülür.